Lənkəranın Ləvəngi dairəsində baş vermiş dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb.
Ləvəngi dairəsində, iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb. Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.
Rayon sakini, 1977-ci il təvəllüdlü Paşayev Emin Qurban oğlu və 1990-cı il təvəllüdlü Qafarzadə Elvin Güloğlan oğlu bıçaq zərbələri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 468