Sentyabrın 21-də bomba barədə anonim zənglər səbəbindən Rusiyanın səkkiz şəhərində, o cümlədən Moskvada 15 min nəfərdən çox insan təxliyə edilib.
Partlayış təhlükəsi ilə bağlı təxliyə tədbirləri, eyni zamanda, paytaxtın 6 muzeyini, həmçinin 6 ticarət mərkəzini və digər müəssisələri əhatə edib.
Anonim zənglər sentyabrın 20-də ölkənin 12 şəhərində 32 min nəfərin təxliyə olunması ilə nəticələnmişdi.
Artıq ikinci həftədir ki, Rusiyanı müxtəlif administrativ və ticarət binalarına bomba qoyulması barədə anonim zənglər dalğası bürüyüb. İndiyə qədər ümumilikdə minə qədər obyektin minalanması barədə məlumat verilib və bu səbəbdən təxminən 350 min insan təxliyə olunub. Bütün obyektlərdə ciddi axtarışlar aparan güc strukturlarının əməkdaşları heç bir halda partlayış təhlükəsi aşkarlamayıb.
Oxunub: 494