“Qazprom” Direktorlar Şurası Rusiya şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması məsələsini oktyabrın 2-də qiyabi formada razılaşdıracaq, “İnterfaks” bildirib.
Nümayəndəliyin açılmasının məqsədləri haqda məlumat verilmir.
“Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz nəql edib. Sonra “Şahdəniz” yatağının istismara verilməsi ilə əlaqədar nəql dayandırılıb.
2010-cu ildən Azərbaycan Rusiyaya qaz nəql etməyə başlayıb. Bu qazdan Dağıstanı təchiz etmək üçün istifadə edilib. 2013- 2014-cü illərdə Azərbaycan qazının Rusiyaya nəqli təmir işləri ilə əlaqədar dəfələrlə dayandırılıb. 2015-ci ildə nəql həyata keçirilməyib.
2015-ci ildə Azərbaycan metanol zavodu (AzMeCo) üçün Rusiya qazının nəqlinin bərpasına cəhdlər olub.
Rusiya qazının respublikaya nəqli ilə bağlı danışıqlar Azərbaycan Dövlət Neft Şirkətilə (SOCAR) də aparılır.
“Turan”
Oxunub: 136