Keçmiş müstәntiq, siyasi mәhbus Rüfәt Sәfәrovun hәbsxanada hәyatına yaranan tәhlükә ilә bağlı müdafiә komitәsi toplanıb vә “Rüfәt Sәfәrov hәftәsi” elan edib. Bu barәdә komitәnin üzvü, yazıçı Zümrüd Yağmur feysbuk sәhifәsindә yazıb:
“Bu gün siyasi məhbus Rüfət Səfərovun müdafiə komitəsinin iclası keçirildi və siyasi məhbusun hazırda 9 saylı həbsxanada karsa salınmasına etiraz ifadə edildi. Rüfət bəyin həbs səbəbləri hər kəsə bəllidir və bu üsyankar müstəntiqi həbs edən iqtidar bunu az hesab edir, indi də onu qapalı həbsxanaya, ya da “Tubzon” deyilən müalicə müəssisəsinə göndərmək üçün əsaslar yaradır. Rüfət vərəm deyil, ona görə də hakimiyyətin onun “qayğısına” qalmasına və “müalicəyə göndərməsinə” ehtiyac yoxdur. Çünki hər kəs bilir ki, əslində, “Tubzon” deyilən yer, vərəm əleyhinə dispanser məhbuslar üçün ölüm düşərgəsidir.
Rüfətin həyatı təhlükədədir və biz müdafiə komitəsi olaraq bu həftəni “Rüfət Səfərov” həftəsi elan etdik.
Məncə, Rüfətin bu gün yaşadıqları hər kəsi rahatsız etməlidir və heç kim bu kampaniyada öz dəstəyini əsirgəməmilidir.
Oxunub: 744