Bu gün Bakı Apellyasiya məhkəməsində AXCP üzvləri İlham Huseyn, Emil Səlimov, Saqif Qurbanov, Bəhruz Həsənli və Aqil Məhərrəmlinin məhkəmə prosesləri keçirilib. Milli Şuranın 23 sentyabr tarixinə təyin etdiyi mitinqdən öncə həbs olunan gənclərin 15 sutkalıq inzibati həbs cəzası ilə bağlı verdikləri şikayətlər təmin olunmayıb.
Digər cəbhəçi gənclər Emin Maniyev və Nicat Nizamovun məhkəmələri isə sabaha təyin edilib. Xatırladaq ki, 7 nəfər cəbhəçi gənclərdən hamısının vəkili Əsabəli Mustafayevdir.
Oxunub: 256