Türkiyədə bir qrup azərbaycanlı Avropaya qaçarkən yaxalanıb.
Türkiyə mətbuatı xəbər verir ki, əməliyyat ölkənin Çorum şəhərində keçirilib.
Aralarında Əfqanıstan və Azərbaycan vətəndaşlarının da olduğunu 200 nəfərdən ibarət qrup TIR-ın yük yerində sərhəddi keçməyə cəhd ediblər.
Çorumun Osmancıq qəsəbəsində polislər şübhələndiklərin TIR-ı saxlamağa çalışıblar. Polisin qanuni əmrinə tabe olmayan sürücü yüksək sürətlə yoluna davam edib. Bir müddət polisdən qaçan TIR sürücüsü vəziyyətin gərgin olduğunu gördükdə maşından düşərək qaçıb. Daha sonra Türkiyə ərazisində qeyri-qanuni yollarla daxil olan miqrantlarda TIR-dan düşərək qaçmağa başlayıblar.
TIR yük yerində olan digər miqrantlar çölə çıxarılıb. 200 nəfərdən ibarət qrup 1000 dollar qarşılığında Bakıdan TIR-a mindirilib. Onlar qaçaq yolla Avropaya keçmək istəyiblər. Onlar arasında 50-dən çox uşaq və 11 qadın var.
Oxunub: 1274