Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdar olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada həmçinin ÇL-in qrup mərhələsində ilk qolunu vurub. Pedro Enrike 29-cu dəqiqədə tarixi qolun müəllifi olub.
Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.
Oxunub: 340