Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. O, komandanı Bundesliqanın VI turunda “Herta” ilə görüşə çıxaracaq.
Qeyd edək ki, “Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub. Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir. Onun komandası ötən mövsüm ölkə çempionu olub.
Oxunub: 258