Rafiq Manaflı
Neçə gündür sosial şəbəkələrdə mitinq çağırışlarına fikir verirəm.
Sənin mitinqə gəlməyin üçün səbəblər qalmayıb sadalanmamış, dəlillər qalmayıb gətirilməmiş. Dağ dağlığıyla ayaqları olsaydı indi mitinqdə idi.
Sən isə hələ də səbəb, bəhanə axtarırsan. Axtarırsansa gəlməyəcəksən. Bütün sadalanan səbəblərin, gətirilən dəlillərin, başına uçurulan evlərin, oğurlanan, talanan milyardların, tapdanan hüquqların, boğulan səslərin nəticəsi sənin evində, ailəndə, özündə öz əksini tapıb.
Evinə girəndə üzünə, əllərinə dikilmiş artıq ümüdsüz, kədərli baxışlara bax, qərar ver. Səbəb arama, günahkar bu rejimdir.
Özünə nüfuz et, ağlını, dilini, hərəkətini iflic edən mənasız qorxuya bax, qərar ver. Səni bu qədər qorxaq, belibükük, dostun-tanışın, ailənin yanında gözüqıpıq edən bu rejimdir. İnsan bu qədər qorxaq ola bilməz ki, öz qürurunun tapdanmasına, dövlətinin, millətinin şərəfinin bu qədər alçaldılmasına biganə qala bilsin.
Mən sənə daha heç bir səbəb, dəlil gətirməyəcəm. Mənə minnət-zad qoyma, meydana öz hüquqlarının dalınca gəlirsən. Sadəcə yadına salıram. Etirazın ünvanı “Məhsul” stadionudur. Oktyabrın 7-si, saat 15.00-da.
Oxunub: 422