Milli Şuranın sədri, professor Cəmil Həsənli feysbuk səhifəsində 7 oktyabr mitinqi ilə bağlı müraciət yayıb. Həmin videomüraciəti təqdim edirik:
Dəyərli dostlar! Bildiyiniz kimi növbəti mitinqimizi oktyabrın 7-nə təyin etmişik. Bu mitinqləri zəruri edən bir çox amillər barədə keçən çıxışlarımda geniş danışmışam. Bu dəfə Sizə ölkə vətəndaşlarının ağır sosial-iqtisadi vəziyyətindən, onları bu kökə salan hakimiyyətin yarıtmaz siyasətindən söhbət açıram.Hər kim özünü bu yarıtmaz siyasətin qurbanı hesab edirsə, onda 7 oktyabr mitinqində iştirakı özünə borc bilməlidir. Bu mitinq elə sizin mitinqinizdir. Biz Milli Şura olaraq yalnız bu mitinqin təşkilatçılığını öz üzərimizə götürmüşük.
Publicerat av Cəmil Həsənli den 3 oktober 2017
Oxunub: 230