AXCP sədri Əli Kərimli feysbuk səhifəsində hakimiyyətin son ümumxalq mitinqləri qarşısında cəmiyyəti aldatmağa hesablanmış təbliğatı barədə yazıb:
Hakimiyyət panika içindədir. Mitinqlərin yüksələn xəttlə getməsindən qorxurlar. Biz oğurlanmış pulların xalqa qaytarılmasını tələb edirik. Bunlar öz qəzetlərində hay-küy salıblar ki, mitinqçilər ölkədə hakimiyyət dəyişikliyi edirlər. Digər tərəfdən də qorxan kimi xalq yadlarına düşüb. İş yerləri yaratmaq məqsədilə pul ayrılacağından, gələn il maaşların və pensiyaların artırılacağından yazıb, xalqı sakitləşdirmək istəyirlər. Bəs biz nə deyirdik? Biz də deyirdik ki, xalqı saysalar, xalqdan qorxsalar, xalqa doğru addımlar atarlar. Ancaq indiyə qədər xalqı saymadıqlarından bunu etməyiblər. Əgər ilk mitinqimiz bunları qorxuda bilibsə və xalqın varlığı bunların yadına düşübsə, indi görün birgə səylərimizlə 7 oktyabr mitinqini izdihamlı etsək, onda xalqa necə minnətçi düşəcəklər.
Oxunub: 1158