Xərçəng xəstəliyi diaqnozu qoyulması və onun nə dərcədə yayılması ilə bağlı məlumat əldə etməkdə cərrahiyyə əməliyyatının əhəmiyyəti böyükdür. Lakin bu yaxınlarda həkimlər qələmə bənzər bir cihazla xərçəngin harada yerləşdiyini dəqiq öyrənə biləcək.
“MassSpec Pen” adlanan cihazla 10 saniyə ərzində xərçəngi aşkar etmək olur. Bu qələmin testləri hələ də labotatoriyada davam edir. Texasın Austin universiteninin alimlərinın dediyinə görə, “MassSpec Pen” 96 faiz dəqiqliklə sağlam və xərçəng toxumaları arasındakı fərqi müəyyən edə bilir. Austin universitendən Cialin Jan: “”MassSpec Pen” insan toxumalarını ağrısız müayinə edən əl cihazıdır.”
Xərçənq şişi bədəndən çıxarıldıqdan sonra cərrahiyyə otağındakı xəstənin qələmin bir dəfə istifadə edilən plaskit ucu toxumaya yerləşdirilir və nasosla su damlası boruya ötürülür. Austin universitetinin alimi Marta Sans Eskofet: “Bizim suyu qələmə çatdıracaq nasos borularımız var və bu su damlası borular vasitəsilə spektometrə örürülür. Bundan sonra biz xəstəliyin olub-olmaması barədə məlumat əldə edə bilirik.”
Tez bir zamanda, yəni bir neçə saniyə ərzində kompyuter ekranında “Normal” və ya “Xərçəng” sözlərini görmək olur.
Bu qələm xərçəng şişinin kəsilib götürülməsindən sonra cərrahlara xərçənq toxumalarının qalıb-qalmadığı barədə təcili məlumat verir.
Damlalarla toplanan molekulalar müxtəlif növ xərçəngin biomarkerlərini yaradır. Cihaz yüzlərlə nümunəni təhlil edərək, onların normal və xərçəngli toxumalarını üzə çıxarır. “Beləliklə, biz 30 dəqiqədən 2 həftə arasında əldə etdiyimiz diaqnozu “MassSpec Pen” vasitəsi ilə 10 saniyəyə əldə edirik” deyə, Marta Sans Eskofet bildirir.
Komanda milyonlarla insanın həyatını xilas edə biləcək bu texnologiyanin dünya miqyasında istifadəsini təmin etmək üçün çalışır.
Amerikanınsəsi.org
Oxunub: 60