Araşdırmaçı jurnalist Xədicə İsmayıl ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi üçün bu dəfə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu gün həmin instansiyada jurnalistin apellyasiya şikayətinə baxılıb.
Xədicə İsmayılın vəkili Emil Aslanov Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdi. Sözügedən qətnamədə jurnalistin müraciətinə “yox” deyilib.
Qətnamədən verilmiş apellyasiya şikayəti də nəticəni dəyişməyib. Bu gün Bakı Apellyasiya Məhkəməsi sözügedən qətnamənin qüvvədə saxlanması, apellyasiya şikayətinin təmin olunmamasına dair qərar çıxarıb.
Qeyd edək ki, Xədicə İsmayıl ölkədən çıxışına qadağa ilə bağlı dəfələrlə məhkəmələrə müraciət edib. Jurnalist hər dəfə xarici ölkələrdə tədbirlərə dəvət olunanda çıxışına olan məhdudiyyətin aradan qaldırılması üçün müraciət edir. Onun bu məsələ ilə bağlı bir müraciəti artıq Avropa Məhkəməsindədir. Daha bir iddiasına isə sabah baxılacaq.
Azadliq.info
Oxunub: 466