Dualarımız Kərküklədir. İraq ordusu və Kürd muxtariyyəti silahlıları arasında Kərkük ətrafında artıq ilk toqquşma baş verdi.
Türkiyədən xeyli sayda könüllü şəhərin müdafiəsi üçün Kərkükə gedib. Kərkük türkmənləri separatçılıq etmirlər, İraqın ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Kərkük türkmən xalqının öz doğma şəhərlərində əmin-amanlıq içində yaşaması onların ən təbii haqqıdır.
Türkiyə və İraq hökumətlərinin Kərkük əhalisinin təhlükəsizliyini təmin etmək istiqamətində atdığı addımları dəstəkləyirik! Gərək bütün dünya Kərkük əhalisinə dəstək versin. Dünya daha bir etnik təmizlənməyə biganəliklə şahidlik etməməlidir.
Bəli, biz kiçik dövlətik, torpaqlarımızın xeyli hissəsi hələ də düşmən işğalı altındadır. Ancaq bu ona əsas vermir ki, biz daha bir etnik təmizlənmə cəhdinə susaq. Azərbaycan dövləti də səsini ucaltmalıdır. Öz mənəvi, siyasi, maddi, diplomatik imkanları ilə Kərkük əhalisinə dəstək olmalıdır!
Yazı Əli Kərimlinin feysbuk səhifəsindən götürülüb.
Oxunub: 968