FƏXRƏDDİN MEHDİYEV
Nümayəndəlik institutu uzun illər nəticəsində formalaşıb və vətəndaşlara hüquqi xidmət sahəsində böyük potensiala malik olduğunu təsdiqləyib. Nümayəndəlik institutunun ləğvinin hüquqi xidmət sahəsində ciddi problemlər yaradacağı barədə fikirləri düzgün hesab edirəm, bunun yarada biləcəyi cətinlikləri və zərərləri sizinlə bölüşmək istəyirəm.
1.Bu haqda yazan əksər həmkarlarımın dediyi kimi ölkədə vəkillərin sayı çox azdır və əhaliyə hüquqi xidməti əhatə edə bilmir, nümayəndələr vəkillərin sayının azlığı məsələsini kompensasiya edirdilər və bu təsisatın ləğvinin əhaliyə hüquqi xidmətlə bağlı böyük boşluq yaradacağı labüddür.
- Nümayəndəlik təsisatı- nümayəndələrin öz arasında, eləcə də vəkillərlə nümayəndələr arasında sağlam rəqabət mühiti yaradırdı. Bu isə aparılan işlərin keyfiyyətinin yaxşılaşmasına, eləcə də peşəkar kadrların formalaşmasına zəmin hazırlayırdı. Nümayəndəliyin ləğvi qeyd edilən sağlam rəqabət bazasını aradan qaldırır, bunun da ziyanlı olması birmənalıdır.
- Nümayəndəlik təsisatın fəaliyyəti onun iqtisadi faydalığı ilə də müşayət olunur. Nümayəndələr sahibkarlıq subyektləri kimi sadələşdirlmiş vergi və sosial sığorta ödəyirlər. Ona görə də nümayəndəlik təsisatının ləğvinin zərərli iqtisadi nəticələri olacaq.
- Nümayəndəlik institutunun ləğvinin sosial nəticələri də zərərlidir. Çünki bu sahədə xeyli hüquqşünaslar özlərinə iş şəraiti yaradıblar. Bunların içərisində gənclər çoxluq təşkil edir. Nümayəndəliyin ləğvi hüquqşünaslar arasında işsizliyin artmasına səbəb olacaq.
- Mülki, İnzibati, İqtisadi işlərin xeyli hissəsini nümayəndələr yerinə yetirirdi. Bu sahədə ixtisaslaşma getmiş, Avropa Məhkəməsi işləri üzrə, eləcə də əmək, pensiya, miqrasiya və s. üzrə ixtisaslaşmış peşəkar hüquqşünaslar formalaşmışdı. Hazırda vəkillərin vasitəsilə bu xidməti əhatə etmək mümkün deyil.
Ona görə də nümayəndəlik institutu təkmilləşməli və tənzimlənməli və inkişaf etməlidir, heç şübhəsiz nümayəndəlik fəaliyyəti ilə məşğul olanlar içərisində təsadüfü adamlar da vardır. Lakin onun ləğv edilməsinin nəticələri qeyd edildiyi kimi hüquqi, iqtisadi, sosial baxımdan zərərlidir.
Oxunub: 158