AXCP sədr müavini, hazırda həbsdə olan Fuad Qəhrəmanlıya aid əşya və sənədlər prokurorluq tərəfindən geri qaytarılmır. Bu haqda Fuad bəyin həyat yoldaşı Zümrüd Yağmur feysbuk səhifəsində yazıb:
“Fuad bəyi həbs edərkən evdən götürülən kompüter, telefon və sənəd kimi alınan sürücülük vəsiqəsini iki ilə yaxındır ki, geri al bilmirik.
Nardaran işi üzrə istintaq işinin baş müstəntiqi Pərviz İbayevə hər dəfə vəkillər zəng edəndə “rəisdən soruşum” deyib qaytarmaq istəmədikləri əşyaları bəlkə satıblar?!)
Bunu necə başa düşək, adam oğurluğundan indi də kompüter, sürücülk vəsiqəsi oğurluğuna keçmisiniz?!
Pərviz İbayeb yəqin ki, bu əşyaları öz “qazancına” görə o qədər də bahalı saymır, o üzdən bəlkə də özü deyil, əlaltıları satıb? Burdan o Pərviz İbayevə üzümü tutub deyirəm ki, sizin “qazandığınız ” (?) pula görə onlar ucuz sayıla bilər, amma mən sizin kimi pul “qazana” bilmədiyimdən ( Allah uzaq eləsin) kompüterə ehtiyacım var və iki ildir soruşa bilmədiyiniz rəisinizdən soruşun, bizim kompüteri satıbsınızsa pulunu, satmayıbsınızsa özünü qaytara bilərsizmi?”
Oxunub: 298