SOCAR-ın “Kompleks Qazma İşləri Trestində” nə baş verir?
Azərbaycan Dövlət Neft Şirkətinin “Komplek Qazma İşləri Trestinində” 1987-ci ildən əmək faliyyətinə başlayan və işlədiyi müddətdə müxtəlif vəzifələrdə çalışmış Qəmbərov Arif Azad oğlu redaksiyamıza müraciət ünvanlayıb. O, işdə haqsızlıqlarla rastlaşdığını, susmadığına görə təqib və təzyiqlərlə üzləşdiyini bildirir. Hətta fiziki zorakılığa məruz qaldığını, bu barədə hüquq mühafizə orqanlarına şikayətlərinin lazımınca araşdırılmamasını qeyd edir.
Arif Qəmbərovun şikayət məktubunun bəzi hissələrini oxucularımıza təqdim edirik. Şikayətçi bildirir: “Bu müəssisədə qanun pozuntuları və rəhbər özbaşınalıqları məni bu müraciəti yazmağa vadar etdi. “Komplek Qazma İşləri Trestinin“ müdiri Şirəli İsgəndər, KQİT-nin Baş mühəndisi Ramazanov Fazil, Mərkəzi Mühəndis Texniki Xidmətinin rəisi vəzifəsinə yeni təyin olunmuş “yararsız” olduğundan hərbi xidmətə aparılmayan , amma dəniz şəraitində işləməyə yararlı olan Anar Məmmədov, eləcə də “Günəşlı” İstehsalat bölümünün rəsi Cəbrayıl Qədirov, hüquqşünas Şakir , Kadrlar şöbəsinin rəisi İsmayılov Sübhan, Günəşli İB-nin rəis müavini Bayramov Şahin insan haqlarını pozmaqla məşğuldurlar və mənə təzyiqlər göstərərək könüllü olaraq ərizə yazaraq aşağı vəzifəyə keçməyə məcbur edirlər. Ərizə yazmayacağım halda birdəfəlik işdən kənarlaşdırılacağımı bildirirlər. Bütün bu təzyiqlərə etiraz etdiyim zaman mənə işdən qovulacağım haqqda bildirişə imza atmağa məcbur etmək istədilər. 10.07.2017 ci il tarixində həmin bildirişi yaşadığım ünvana göndərdilər. Deyəndə ki , xahiş edirəm məni “Neft Daşları” bölümünün 602 saylı özülə vakant yerə təyin edin və əmək məcəlləsinə görə mən şəkərli diabet xəstəsi olduğum üçün mənə üstünlük verilməlidir- cavabında dedilər ki, ora sənlik deyil , yerin yiyəsi var. Həmin yerə Şirəli İsgəndər tez-tələsik Anar Məmmədovun qazmadan anlayışı olmayan bibisi oğlu Aslan Əhədovu təyin etdi. Mənə isə bildirdilər ki, 29.06.2017-ci il tarixli SOCAR 172600030300040020AOO196 saylı əmrə əsasən ixtisara düşürsən.”
Daha sonra Arif Qəmbərov trestdə baş verən qanunsuzluqlara toxunur: “Hər şey Şirəli İsgəndərin və başına yığdığı səriştəsiz qohum və yerlilərinin iradəsindən aslıdır. Əsasən də başda Şirəli İsgəndər olmaqla , KQİT-nin Baş mühəndisi Ramazanov Fazil, Mərkəzi Mühəndis Texniki Xidmətinin rəisi Anar Məmmədov, “Günəşlı” İstehsalat bölümünün rəsi Cəbrayıl Qədirov , Kadırlar şöbəsinin rəisi İsmayılov Sübhan, Günəşli İB-nin rəis müavini Bayramov Şahin və digər rəhbər şəxslər haqqını tələb edən, səsini çıxartmaq istəyənlərin qorxulu yuxusuna çeviriliblər. Dövlət idarəsini ailə şirkəti kimi idarə etdiyindən burada rüşvətöxrluq, yerli pərəstlik və qohumbazlıq baş alıb gedir. “Komplek Qazma İşləri Tresti” yaranan gündən Şirəli İsgəndərin rəhbərliyi altında səriştəsiz ətrafı dənizdə çalışan briqadalara qarşı “Səlib”yürüşünə keçiblər. Həyatını dənizlə bağlayan təccrübəli neftçiləri işdən kənarlaşdırıb onların yerinə “Korrupsiya haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərini pozaraq İsgəndər Şirəli Qobustan və Kürsəngi qazma idarələrində işləyən qohum-qardaşları və yerliləri ilə əvəz etmişdir.”
Şikayətçi onun qanuni məzuniyyətə buraxılmaması və xəstəliyi ilə bağlı ona güzəştlər edilməməsi faktlarının olduğunu da qeyd edir: “Əlavə olaraq bildirirəm ki, mən dəfələrlə Günəşli İB-nin rəisi Qədirov Cəbrayila məzuniyyətə çıxmağım haqqında ərizə ilə müraciət etməyimə baxmayaraq ərizələri qeydiyyatda almamış və cirıb atmışdır. Bildirəndə ki, mən qanunu məzuniyyətimi istəyirəm Qədirov Cəbrayıl cavab vermişdir: nə qanun get hara istəyirsən şikayət elə. Bunadan başqa 11.07.2017 ci ildən 19.07.2017 ci ilə kimi xəstə olduğum halda məni araşdırma aparmadan , dəfələrlə şəkərli diabetdən müalicə aldığmı bildirməyimə baxmayaraq işə gəlmədiymi səbəb gətirərək şiddətli töhmət vermişdilər və dəfələrlə məni müalicə edən həkimə kadrlar şöbəsini rəsi İsmayılov Sübhan və hüquqşünas Şakir tərəfindən təzyiqlər göstərilmişdir ki, mənə xəstəlik vərəqəsi verilməsin. Mərkəzi Neftçilər xəstəxanasında müalicə aldığım zaman İsgəndər Şirəli Mərkəzi Neftçilər xəstəxanasında işləyən qudası vəstəsi ilə mənim müalicə almağıma mane olmuşdur və nəticədə həkim məni müalicə etməkdən imtina etmişdir.
Azerbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri Trestinin” müdiri İsgəndər Şirəli və onun yaxın ətrafının özbaşnalığı haqqında adiyyatı qrumlara ərizə ilə dəfələrlə geniş müraciətlər etmişəm. Mən bu məmurların özbaşnalığı haqqında şıkayət etdikcə təzyiq və hədə qorxular daha da güclənir.”
Qəmbərov Arif bildirir ki, şəkərli diabet və ankoloji xəstəlikdən müalicə aldığına dair xəstəlik vərəqəsini təqdim eymək üçün 14 Sentyabr 2017-ci il tarixdə “Günəşli” İstehsalat Bölümünün rəisi Qədirov Cəbrayılın qəbuluna getdib. Rəis Qədirov Cəbrayılın otağında müavini Bayramov Şahinlə birgə olub. “Onalar məni görən kimi salamsiz-kəlamsız təhqir etməyə və olmazın söyüşlərini yağdırmağa başladılar ki , niyə trestdən şikayət edirsən bizim və müdir İsgəndər Şirəlinin adını hər yerdə hallandırırsan? Biz axı səni xəbərdar etmişdik susmasan sənə pis olacaq, başıva oyun açacayıq. Bu azmiş kimi hər ikisi üstümə şığıyıb məni döyməyə başladılar. 2-3 dəqiqə təpik altında qalandan sora sürünə-sürünə qapıya yaxınlaşdım ki qaçım , lakin Bayramov Şahinin yumuruqlarından , Qədirov Cəbrayılın təpiklərindən qurtula bilmirdim. Məni döyə-döyə söyüş və təhqirlərdə ara vermirdi. Aldığım xəsarətlərlə bağlı əlimdə ekspert rəyləri var. Hüquq mühafizə orqanlarına müraciət etmişəm. Araşdırma aparılır. Lakin mənə çatdırırlar ki, bütün bunlar sənə kömək olmayacaq. Bizim əlimiz hər yerə çatır. Səni necə döymüşük, işi eləcə də bağlatdıracağıq”,-deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azerbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri Tresti” ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Əldə etdiyimiz telefon nömrələrinə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Azadliq.info
Oxunub: 450