Malta hökumətini korrupsiyada ittiham edən jurnalist Daphne Caruana Galizia-nın oğlu Matthew Caruana Galizia hadisədən sonra Facebook-da paylaşdığı şərhdə anasının qətlində hökumət rəsmilərinin yaratdığı cəzasızlıq mühitini və “mafia dövlətini” təqsirləndirib.
Məlumata görə, 53 yaşlı Daphne Caruana Galizia-nın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.
XanımCaruana Galizia-nın bu ilin əvvəlində qanunsuz əməllərdə günahlandırdığı baş nazir Joseph Muscat qətl hadisəsini pisləyib.
“Mənim anam qanunun aliliyi və onu pozmaq istəyənlər arasında durduğuna görə qətlə yetirilib”, Matthew deyib.
Anasının ölümündən bir neçə saat sonra paylaşdığı uzun şərhdə Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (ICIJ – International Consortium of Investigative Journalists) üzvü olan Matthew Caruana Galizia, polisi bacarıqsız olmaqda və hökuməti “cəzasıqlıq mühiti” yaratmaqda təqsirləndirib.
“Dövlət qurumlarının yatdığı bir dövrdə ayaq üstündə olan son insan adətən jurnalist olur”, o yazıb.
Matthew həmçinin Matlanın Qərb ölkəsi imicini hədəfə alıb.
“Bəli biz belə yerdəyik: şəxsiyyət vəsiqəndə öz cinsini dəyişməyə imkanın olduğun (və buna da Allaha şükür!), lakin adi hüquqlarından istifadə etdiyinə görə parçalara partladıldığın bir mafia dövlətindəyik”, o, deyib.
Oxunub: 616