Freedom Hause təşkilatı Fikrət Hüseynlinin dərhal azadlığa buraxılmasına çağırış etdi.
Təşkilat yaydığı bəyanatda bildirir ki, «Ukrayna hökuməti Fikrət Hüseynlini dərhal azad etməli və ona qarşı bütün təqibləri dayandırmalıdır».
Freedom Hause bəyan edir ki, Fikrət Hüseynlinin saxlanılması hər hansı cinayət əməli ilə bağlı deyil, Azərbaycan hakimiyyətinin jurnalistləri təqib etməsi ilə bağlı məsələdir.
Təcrübədən yaxşı bəllidir ki, Azərbaycan hökuməti və buna bənzər avtoritar rejimlər öz opponentlərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını təqib etmək üçün İnterpol servisindən sui- istifadə edirlər.
İnterpol bu cür hallara qarşı həssas olmalı və «Qırmızı xətt» sorğuları ilə bağlı məsələləri daha ciddi araşdırmalıdır.
Azadliq.info
Oxunub: 640