ATƏT Fikrət Hüseynli ilə bağlı Ukrayna hökumətinə müraciət edəcək
Hollandiyanın Villamedia saytı Ukraynada hәbs edilәn jurnalist Fikrәt Hüseynli haqqında material dәrc edib.
Ukraynada jurnalist Fikrәt Hüseynli Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs edilib. Fikrәt Hüseynli, on il bundan əvvəl ciddi tәzyiq vә tәqiblәrә mәruz qaldığı üçün Hollandiyaya sığınmışdı. Fikrәt Hüseynli hal-hazırda Hollandiya vətəndaşıdır. Azərbaycan hökumәti jurnalisti İnterpol vasitəsilə beynəlxalq axtarışa vermişdi.
Beynəlxalq istintaq sistemindәn sui-istifadə halları uzun müddət müzakirə olunub . Fikrәt Hüseynlini həbsdə saxlayan Ukraynanın səlahiyyətli orqanlarına görə Fikrәt Hüseynli Azərbaycan sərhəddini fırıldaqçılıq və qanunsuz keçməsi ilə bağlı ittiham olunur.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) media azadlığını təmsil edən Harlem Dessir Ukraynada azərbaycanlı jurnalistin həbs olunması ilə bağlı Ukrayna hökumətinə müraciət edəcək.
Azadliq.info
Oxunub: 218