ABŞ dövlət katibi Reks Tillerson deyib ki, o hazırda Myanmada Rohinca müsəlman əhalisi arasında qaçqın böhranına görə ölkənin hərbi rəhbərliyini məsul tutur.
“Biz Raxine ərazisində baş verənlərə görə hərbi rəhbərliyi məsul tuturuq. Bizim üçün ən önəmlisi odur ki, dünya fəaliyyətsiz dayanıb orada baş verən vəhşiliklərin şahidi olmasın”, Tillerson bildirib.
ABŞ dövlət katibi bu açıqlamaları Amnesty International təşkilatının hesabatından sonraya təsadüf edir. Beynəlxalq təşkilat Myanma təhlükəsizlik qüvvələrini Rohinca icmasını sistematik şəkildə etnik təmizlənməyə məruz qoymaqda ittiham edib.
Yüzdən çox qaçqınla müsahibələr əsasında hazırlanmış hesabatda təhlükəsizlik qüvvələrinin kəndlərindən qaçmağa çalışan yüzlərlə Rohinca qaçqınını güllə ilə vurduğu, qaçmağa gücü olmayan qocaları və xəstə insanları isə diri-diri yandırdığı deyilir.
Hesabata əsasən, təhlükəsizlik qüvvələri bəzi kəndlərdə qadın və qızları zorlayıb və ya seksual təcavüzə məruz qoyub.
Son həftələr milyon yarımdan çox Rohinca qaçqın Birma hərbi qüvvələrinin təqibindən qaçaraq qonşu Banqladeşə keçib. Hərbi qüvvələr Rohinca militantlarının dövlət təhlükəsizlik qüvvələrinə ölümlə nəticələnmiş hücumundan sonra ölkədəki Rohinca azlığına qarşı təqiblərə başlayıb.
Beynəlxalq ictimaiyyət qəddar rəftarla müşayiət olunan təqibləri kəskin qınayıb. Myanma rəsmiləri isə böhranın mövcudluğunu rədd etməkdə davam edir.
Oxunub: 250