Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələyib. Bu barədə vəkil Fariz Namazlı Facebook statusunda yazır:
“Bu gun Avropa Məhkəməsi Nemət Pənahlının işi üzrə qərarını elan edib. Şikayət Nemət Pənahlının 2011-ci ilin yanvar ayında Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ü maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Belə ki, həmin tarixdə N.Pənahlı barəsində cinayət işi başlanılır və 2 aylıq həbs qətimkan tədbiri seçilir, daha sonra onun həbsdə saxlama müddəti 1 ay müddətinə artırılır. Avropa Məhkəməsi hesab edib ki, yerli məhkəmələr şikayətçi barəsində həbs qətimkan tədbiri seçərkən Konvensiyanın 5.3 (həbsin seçilməsinin əsaslandirilmasi) maddəsini pozub. Nəticədə mənəvi zərərə gorə N.Pənahlıya 3000 avro, məhkəmə məsrəflərinə görə 1000 avro kompensasiya təyin edilib.
Şikayətçinin hüquqlarını İntiqam Əliyev müdafiə edib”.
Oxunub: 732