Hakimiyyətin fəaliyyətsizliyi nəticəsində İdarəçiliyin sosial-siyasi proseslərdə əhəmiyyətsizliyi, mənasızlığı, məzmunsuzluğu, intensivsizliyi hamı tərəfindən qəbul edilən nəticədir.
Uşaq qorxduğu şeydən gizlənən, qaçan kimi İqtidar da cəmiyyətdə mövcud olan problemlərdən gizlənməkdə, qaçmaqdadır. Görünür, bu yaşca böyüklər qaçmaqla problemlərdən yaxa qurtardıqlarını düşünürlər. Məmurlar qaçır, problemlər də məmurları qovur! Ölkədə bu məmur qaçdı-qovdusunda da problemlər artan silsilə ilə bütün Azərbaycanı bürüməkdə! Problemlərin daim qovduğu, qovaraq yorğun saldığı, təntitdiyi Ölkə “tanınmışları” Hakimiyyətin dünyaya nümunə olan xəyali Yeni İqtisadi Modelli nağıllarından danışmaqdan yorulmurlar. Təsəvvürünüzə gətirirsiniz, özü də dünyaya nümunə olan? Gündəlik quru çörəyini qazanmaq mübarizəsi aparan, milyonlarla acı, yalavacı olan bir Ölkədə İqtidarmı İqtisadi möcüzədən danışır? Yəni, bunlar düşüncə baxımından bu qədər topuqda qalıblar ki, dediklərinə özləri də inanır ? Heç olmasa, bu Siyasi komanda 24 illik hakimiyyəti ərzində yarı ölü-yarı diri olsa da, belə bir İqtisadi proqram qəbul edibmi ? Təbii ki, yox ! Bəs, bu, hakimiyyətin hansı İqtisadi Modelidir ? Bu barədə Hakimiyyət nümayəndələri açıqlama verə bilərlərmi ? Səhvəmsə, üzr istəməyə hazıram. Bəs, Siyasi komanda necə? Danışdığı nağılına görə Azərbaycan xalqından üzr istəməyə hazırdırmı ?
Bu gün təəssüflə qeyd etməliyik ki, Ölkədə Quldarlıq Quruluşuna xas olan “ali ailələr” baxışı formalaşdırılır. Bu baxışa görə isə istedad və qabiliyyət cəmiyyətə gərək deyil. Kiminsə “övladı” olmaq kifayət edir. Həmin “övladın” düşüncəsi ömür boyu yerlə sürünə də bilər.
Dediyim kimi, Hakimiyyət nəinki problemi dilinə gətirir, problemlərdən, qorxur, çəkinir, gizlənir. Belə olan halda. Nə üçün HAKİMİYYƏTİN İDARƏÇİLİKDƏ İTAƏTSİZLİYİNDƏN DANIŞMAYAQ ? Problemləri canlı bir orqanizm kimi təsəvvürümüzə gətirsək, həmin canlının ayaqları altında qalan, inləyən, zarıyan Hakimiyyəti onun əlindən niyə də almayaq ? Yəni bu komandaya niyə “get” deməyək ? Nə üçün yeni bir Hakimiyyət formalaşdırmayaq? Bir həqiqəti də oxucularımla bölüşmək istəyirəm. İqtidara məxsus olan KİV-lər gələn nümayəndələri yola salanda, ya qəbul edəndə ənənəvi sualları olur: “Azərbaycanda lap çox xoşuna gələn nə oldu?” Əslində, problemin üstünə gedən, onu həll etməyi İdarəçilikdən tələb edən CƏMİYYƏTLƏR xoşbəxtdir. Görəsən, gələn nümayəndələrə, haçansa “Dövlətçilikdə sizə xoş gəlməyən nə oldu ? Bizi nədə tənqid edərdiniz” sualı veriləcəkmi ? Əslində, Cəmiyyətdən çox danışsaq da, bu, bir gerçəklikdir ki, İdarəçiliyin yaratdığı aşınmalar nəticəsində Cəmiyyət yox olub. Yəni Cəmiyyət fərdi düşünənlərdən ibarətdir(təbii, söhbət çoxluqdan gedir)
Bu gün Azərbaycan cəmiyyəti DAĞINIQ MUNCUQ nəzəriyyəsinin qurbanıdır. DAĞINIQ MUNCUQ nəzəriyyəsi (Güclərin zəif Hakimiyyət formalaşdırmaqla cəmiyyətləri aşınmalara məruz qoymaq düşüncəsi) ilə “istila” edilən Cəmiyyətlərdən istənilən TƏSVİRİ almaq mümkündür. Biz isə TƏSVİRƏ sığmayan Xalqıq. Sadəcə, özümüzə inanmamız yetər.
Oxunub: 108