Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin müstəqilliyinin 26-cı ildönümü münasibətilə geniş əfv fərmanı imzalayıb.
“Report” “Neytralnıy Turkmenistan” qəzetinə istinadən xəbər verir ki, dövlət başçısı 1636 məhbusu əfv edib.
Onların arasında xarici ölkə vətəndaşı da var.
Q.Berdiməhəmmədov əfv qərarını Türkmənistan hökumətinin iclasında elan edib.
Lakin əfv edilən xarici ölkə vətəndaşlarının sayı ayrıca göstərilməyib.
Məlumata görə, Türkmənistanda milli bayramlar münasibətilə məhkumların azad edilməsi ilə bağlı ildə bir neçə dəfə əfv fərmanı imzalanır. Sonuncu belə fərman bu ilin iyununda Ramazan bayramı münasibətilə verilib. Onda 1029 məhbus azadlığa çıxıb.
Qeyd edək ki, Türkmənistanda müstəqillik günü oktyabrın 26-27-i tarixlərində qeyd olunur.
Oxunub: 180