Milli Məclisin dəvətilə dəfələrlə Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Dieqo Pinto qanunsuz olaraq işğal altındakı Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyanın, separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın və “ombudsmanı” Tuben Melikyanın Brüsselə səfərini təşkil edib.
Qeyd edək ki, son illərədək “Azərbaycanın dostu” kimi tanınan Dieqo Pinto dəfələrlə Bakıya səfərlər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, Milli Məclisdə tanınmış rəsmi şəxslərlə, siyasi partiya sədrləri, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşlər keçirib.
Oxunub: 1886