Xalq artisti Rafiq Hüseynov Almaniyada müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib.
Bu barədə xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.
S.Hüseynova əlavə edib ki, R.Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək.
Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində doğulub. Uzun illər Azərbaycan Televiziyasında aparıcı, diktor kimi çalışıb. Azərbaycanın xalq artisti adına layiq görülüb.
Oxunub: 684