Milli Şuranın mitinqlərindən təşvişə düşən idarə və müəssisələr öz işçilərinin mitinqdə iştirakının qarşısını almaq üçün müxtəlif üsullardan istifadə ediblər. Bu barədə mətbuatda xeyli material dərc olunub.
Redaksiyamıza üz tutan Elnur Həsənov işdən azad olunması barədə geniş danışıb. Ona edilən bütün təqiblərə baxmayaraq mitinqlərdə iştirak edib. Həmçinin onu da qeyd edib ki, onun mitinqlərə qatıldığı saatlar iş vaxtına düşməyib. Öz konstitusion hüququndan istifadə edərək etiraz aksiyasına qatılıb.
İşlədiyi “BakuBas” MMC-nin rəhbərliyi isə onun işdən çıxarılması bildirsə də, bu barədə özünə əmr verilməyib. Məcbur edilir ki, ərizə yazaraq könüllü işdən çıxsın. Elnur Həsənov isə ərizə yazılması üçün edilən təzyiqlərə baxmayaraq bundan imtina edir.
“BakuBus” MMC-nin sürücüsü Elnur Həsənovun video-müraciətini izləyicilərə təqdim edirik.
Məsələ ilə bağlı “BakuBus” MMc ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların mövqeyini də dərc etməyə hazırıq.
Azadliq.info
Oxunub: 634