Bazar günü İraqın kürd lideri Məsud Barzanı Kürdüstan regionunun prezidenti vəzifəsindən istefaya getdiyini açıqlayandan sonra etirazçılar Ərbildə parlament binasına hücum edib.
Qəzəbli kürdlər binanın içində parlament üzvləri və jurnalistlərə hücum edib, binanın önündəki izdiham isə Barzaniyə dəstəyini nümayiş etdirmək üçün kürd bayraqlarını dalğalandırıb.
Televiziya ilə yayımlanan çıxışında Barzani noyabrın 1-də istefaya gedəcəyini açıqlayıb. O, parlamenti prezident postunu ləğv etməyə və səlahiyyətlərini Kürdüstan regionunun baş naziri, parlamenti və ədliyyəsi arasında bölməyə çağırıb.
Barzanı deyib ki, İraq höküməti Peşmərgə və koalisiya qüvvələri 2014-cü ildə İraqın şimalından İslam Dövləti qrupunun militantlarını çıxarandan sonra kürdlərin nəzarət etməyə başladığı torpaqları geri almaq üçün sentyabrda keçirilən müstəqillik referendumundan bəhanə kimi istifadə edib. Referendum İraq kürdlərinin 92 faizinin müstəqilik lehinə səs verməsi ilə nəticələnib.
İraqın baş naziri Heydər Əl-Abadi müstəqillik refendumunu qeyri-qanuni adlandırıb və cavab olaraq kürdlərin nəzarətində olan ərazilərin nəzarətini geri almaq üçün qüvvələrini göndərib.
İraq ordusu və kürd azlığı cümə gününədək döyüşüb. Cümə günü isə onlar atəşkəs əldə edib və kürd qüvvələri nəzarət etdikləri torpağı müqavimət göstərmədən tərk edib.
Son günlərdə İraqın Kürdüstan regionundakı hökümət referendum nəticələrini dondurub, Bağdaddakı mərkəzi hakimiyyətlə danışıqlar başlatmağı təklif edib, lakin Abadi həmin təklifi rədd edib.
Abadi verdiyi bəyanatda hökümətinin təkcə referendumun ləğvini və konstitusiyaya hörmət bəslənməsini qəbul edəcəyini bildirib.
Oxunub: 284