Rusiyanın “Levada” mərkəzi rusiyalıların Ukraynaya, Kiyev Beynəlxalq İnstitutu isə ukraynalıların Rusiyaya münasibəti ilə bağlı sorğu keçirib.
“Levada”nın apardığı sorğunun nəticələrinə görə(novator.az), rusiyalı respondentlərin 33%-i Ukraynaya mənfi, 20%-i isə çox mənfi münasibətdə olduğunu bildirib.
Sorğuya cəlb olunan rusiyalıların yalnız 3%-i Ukraynaya münasibətinin çox yaxşı, 29%-i ümumən yaxşı olduğunu açıqlayıb.
Kiyev Beynəlxalq İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 30%-i Rusiyaya münasibətinin ümumən yaxşı, 7%-i isə çox yaxşı olduğunu deyib.
Sorğu göstərib ki, ukraynalı respondentlərin 24%-nin Rusiyaya münasibəti pis, 22%-nin münasibəti isə çox pisdir.
Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib. Moskva Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal altında saxlayan separatçı rejimləri də dəstəkləyir.
Oxunub: 276