Müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) qaçan məhbuslara yardım etməkdə şübhəli bilinən şəxs qismində saxlanılıb.
Məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiq edib. O bununla bağlı geniş məlumatın veriləcəyini bnildirib.
Fədayə laçın oktyabrın 23-də Lənkərandan Bakıya gətirilərkən Astara-Bakı qatarından qaçan məhbuslar Etibar Məmmədov və Əli Ağamiyə yardım etməkdə ittiham olunur.
L.Fədainin barəsində Nəsimi rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azadliq.info
Oxunub: 1012