Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.
Sabunçu rayonunun Zabrat qəsəbəsində 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.
Mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyərək vəfat edib.
Hadisə ilə bağlı materiallar Sabunçu rayon Prokurorluğuna göndərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a bildirib ki, hazırda məsələ ilə bağlı ekspertiza aparılır.
Qeyd edək ki, mərhumun dekabr ayının sonunda toyu olacaqmış.
Oxunub: 424