Rüstəm Usubov bu haqda qərarı Mehman Əliyevə təqdim edib
“Turan” informasiya agentliyinə qarşı cinayət işinə xitam verilib. Bu haqda bu gün Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdən sonra “Turan”ın rəhbəri Mehman Əliyev bildirib.
R.Usubov xitam qərarını M.Əliyevə təqdim edib.
M.Əliyev deyir ki, bu qərar “Turan”ın heç bir cinayət törətmədiyini, Vergilər Nazirliyinin onlara qarşı 37 minlik vergi sanksiyasının əsassız olduğunu göstərir.
“Biz indi gözləyirik ki, Vergilər Nazirliyi də bu qərarını ləğv eləsin”, – M.Əliyev bildirib.
Xitam qərarında həm də yerli və beynəlxalq təşkilatların əməyi olduğunu deyən M.Əliyev özü və rəhbərlik etdiyi media orqanı ətrafında baş verənləri hakimiyyətdəki qruplaşmalardan birinin işi sayır.
Azadliq.info
Oxunub: 342