Oktyabrın 30-da keçirilmiş son depozit hərracında tələb təklifi 3.7 dəfədən çox üstələyib. Bu isə o deməkdir ki, Azərbaycan bankları Mərkəzi Bankla birgə işləyir, əhali və ya sahibkarlarla təmas istəmirlər», – deyə ekspertlər qəzetə deyiblər.
Ekspertlərin fikrincə, bank sistemindən vəsaitlərin yığışdırılması iqtisadi artımı dayandıracaq. Onlar hesab edirlər ki, maliyyə bazarı faktiki bağlanıb, kreditləşdirmə isə dayandırılıb.
Ekspertlərə görə, Mərkəzi Bankın təşkil etdiyi manata dəstək hərracları iqtisadiyyata ziyan vurur. Yazıda bu hərraclar ikibaşlı ağacla müqayisə edilir. Ekspertlər xatırladırlar ki, bir tərəfdən banklarda hər ay problemli kreditlərin həcmi artır, iqtisadi fəallıq, ÜDM azalır, digər tərəfdən isə banklar kredit vermək istəmirlər.
Ekspertlər hesab edirlər ki, bütün bundan irəli gələrək, banklar kapitallarını qorumaq və artırmaq məqsədilə daha təhlükəsiz üsul seçirlər:
«Ən təhlükəsiz üsul Mərkəzi Bankın depozit hərraclarıdır. Burada pul itirmək riski yoxdur, şərtlər də kifayət qədər əlverişlidir. Odur ki, banklar pullarını tənzimləyiciyə məmnunluqla verirlər. Bunu da deyək ki, ayda bir neçə dəfə keçirilən hərraca kreditləşdirməyə yönəldilməli olan pullar cəlb edilir».
Bununla Mərkəzi Bank həm də mümkün devalvasiya prosesini yubatmaq istəyir:
«Amma bu, mümkün deyil. Artıq ilyarımdır ki, tənzimləyici bu müvəqqəti üsuldan daimi üsul kimi istifadə edir. Bu isə iqtisadi artıma mənfi təsir göstərir».
Oxunub: 298