AXCP sədri Əli Kərimli uzun illər ərzində rejimin çox güclü repressiyası ilə üzləşən Təzəxan Mirələmliyə qarşı başlanmış yeni təzyiq kampaniyasından yazıb:
“Bu bir xəstəlikdir. Xəstəliyin adı isə Vicdan Çatışmazlığı Sindromudur. Rejimin AXCP funksioneri Təzaxan Mirələmli ilə düşməncəsinə davrandığını bilirsiniz. Bu düşmənçiliyin nəticəsidir ki, hazırda Təzəxan bəyin atası, qardaşı və oğlu həbsxanadadır. Sevimli müəllim peşəsindən uzaqlaşdırılıb, evindən didərgin salınıb. Ancaq bütün bunlar Təzəxan bəyi əyə bilməyib. Təzəxan bəy yenə mübarizənin önündədir. Üstəlik, indi videokamera ilə silahlanıb, həm də jurnalist kimi pisliklərlə mübarizə aparır. Təzəxan bəydən qisas almaq üçün onun hazırda həbsdə olan 65 yaşlı atasını dustaqların qarşısında təhqir edib, hədələyiblər.
Bilin, sizin cəminizdə Təzəxan bəydә olan qədər cəsarət və mərdlik yoxdur. Təzaxan bəyin arxasında böyük bir təşkilat, ölkənin vicdanlı kəsimi dayanır. Etdiyiniz və edəcəyiniz hər bir qanunsuz əməlin cəzasını mütləq alacaqsınız.”
Azadliq.info
Oxunub: 80