“Hakimiyyət indi də siyasi məhbusları üz -üzə qoymağa çalışır. Ona görə də hər kəs daha diqqətli davranmalı və bir şeyi tam olaraq anlamalıdır ki, biz məkrli və heç bir sınır tanımayan qüvvə ilə üz -üzəyik”
Bunu Siyasi məhbus ailələrinin Koordinasiya Mərkəzinin üzvü Zümrüd Yağmur söyləyib və 7gun.az-ın saytının redaktoru 9 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan Cavid Şirəliyevin açıqlamasını yayıb:
“Məlum olduğu kimi mən Cavid Şirəliyev 22 sentyabr 2017-ci ildə Rüfət Səfərovla birlikdə Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində hökm sürən özbaşınalıqlara və haqsızlıqlara etiraz olaraq aclıq aksiyasına başladığımızı elan etdikdən təxminən 20-25- dəqiqə sonra bizə xüsusi vasitələr( qandal və dəyənək) tətbiq etməklə işgəncələr verilmiş, nəticədə biz müxtəlif bədən xəsrətləri almışiq. Bundan sonra mən və Rüfət Səfərov 10 (on) gün müddətinə cərimə təcridxanasına (kars) insan şərəf və ləyaqətini alçaldan şəraitdə saxlanılmışıq. Bütün bunlar azmış kimi mənim adımdan izahat yazılaraq şəxsi işimə əlavə edilmişdir.
Belə ki, mən səhhətimdəki problemlərlə əlaqədar 22 sentyabr 2017-ci il tarxili aclıq aksiyası ilə bağlı izahat yazmadığım halda əldə etdiyim mlumata görə şəxsi işimdə mənim adımdan Rüfət Səfərovun əleyhinə yazılmış izahat vardır.
Bundan başqa Xəzər rayon Prokurorluğunun müstəntiqi 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədov və onun tərbiyə işləri üzrə müavini (işgəncələr kralı) Azər Bağırzadənin də iştirakı ilə məndən izahat aldı. Onların təhdid və təzyiqlərinə baxmayaraq, mən öz izahatımda mənə və Rüfət Səfərova işgəncələrin olduğunu qeyd etmişəm. Məndə olan başqa bir məlumata görə həmin izahat da saxtalaşdırılmışdır.
Cavaid Şirəliyev olaraq qətiyyətlə bildirirəm ki, istər şəxsi işimdə, istərsə də Xəzər rayon Prokurorluğunda Rüfət Səfərovun əleyhinə olan izahatları mən yazmamışam, mənim həmin izahatlardan xəbərim yoxdur. Artıq mən hər iki faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət etmişəm.
Mən izahatların saxtalaşdırılmasının hakimiyyətin mənə qarşı təxribatı hesab edirəm.
Son olaraq aidiyyəti hüquq mühafizə orqanlarının rəhbər şəxslərini 22 sentyabr 2017-ci il tarixli aclıq aksiyası ilə bağlı yazılmış izahatlarla əlaqədar araşdırma aparmağa və saxtakarlığa yol vermiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram.”
Azadliq.info
Oxunub: 212