ABŞ-da müxtәlif şәxslәrin vә lobbi qruplarının Rusiya ilә әlaqәlәrinin araşdırılması mühüm bir mәrhәlәyә qәdәm qoyub. Artıq bәzi şәxslәrә qarşı ittihamlar irәli sürülüb. İttiham olunan şәxslәrdәn biri Pol Manafort ötәn il bir müddәt hazırki prezident Donald Trampın seçki qәrәrgahının rәhbәri olub. Aparılan araşdırmalar nәticәsindә onun hәlә çoxdan mәlum olan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövründә rәsmi Kiyevә lobbiçiliyinin bir sıra yeni detalları üzә çıxarılıb.
Trampın seçki qәrәrgahının keçmiş rәhbәri Manafortun Ukraynaya lobbiçilik etdiyi dövrdә çox ciddi qanun pozuntularına yol verdiyi aşkarlanıb. Bir sıra ittihamlarla yanaşı o eyni zamanda vergidәn yayınma vә çirkli pulların yuyulmasında günahlandırılır. Aparılan araşdırmalar nәticәsindә demokrat partiyasına yaxınlığı ilә tanınan Hillari Klintonun seçki kampaniyasının tәşkilindә başlıca rol oynayan Podesta qrupu da o dövrdә Ukrayna ilә bağlı ciddi lobbiçilik işi aparıb. Hәftәnin birinci günü Poll Manaforta qarşı ağır ittihamlar irәli sürülәndәn sonra daha bir maraqlı hadisә baş verib. Elә hәmin gün bәlli olub ki, Podesta qrupunun rәhbәri Toni Podesta tәşkilatdan istefa vermәk qәrarı qәbul edib. Vә o, bunu rәhbәrlik etdiyi tәşkilatın ağır ittihamlarla qarşılaşmış Pol Manafortla bağlayıb.
Podesta qrupu ilә bağlı mәsәlә Azәrbaycan üçün dә müәyyәn әhәmiyyәt kәsb edir. Mәsәlә burasındadır ki, uzun müddәt әrzindә bu qrupun Azәrbaycan hakimiyyәtinin lobbiçiliyi ilә mәşğul olması faktdır. Azәrbaycan hakimiyyәti hәr ay Podesta qrupuna göstәrdiyi xidmәtә görә 60 min dollardan artıq pul ödәyib.
Azadliq.info
Oxunub: 760