Terorru törədən şəxsin Özbəkistanda doğulmuş və Tampa şəhərində yaşayan 29 yaşlı Sayfullo Saipov olduğu bildirilir.
***
Nyu-Yorkda törədilən terror aktı nəticəsində ən azı 8 nəfər həlak olub.
Hadisə 11 sentyabr terror aktının törədildiyi ərazinin yaxınlığında baş verib.
Yerli mətbuatın məlumatına görə, naməlum şəxs idarə etdiyi avtomobili velosiped yolundakı insanların üzərinə sürdükdən sonra ətrafdakı adamlara atəş açıb və xeyli sayda insanı yaralayıb.
Nyu-York polisinin açıqlamasında hadisə nəticəsində yaralıların olduğu və bir nəfərin həbs edildiyi bildirilib.
“Nyu-York Tayms” hadisə nəticəsində ən azı 8 nəfərin həlak olması, 15 insanın yaralanması barədə məlumat yayıb.
Azadliq.info
Oxunub: 394