Bu gün Azərbaycan poeziyasının böyük simalarından biri şair Məmməd İsmayılın doğum günüdür.
Böyük şairi “Azadlıq” qəzetinin kollektivi adından təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.
NİYƏ BELƏSƏN,VƏTƏN
Dünyaya gәlmәmişdәn
Sevib seçdiyim vәtәn.
Varlıqda varlığımsan,
Heçdә, heçliyim vәtәn..
Gözünә tәpildilәr,
Qılığına girdilәr
Tapıb can dәftәrini
Adımı sildirdilәr…
Gәlsәm, tәrpәnmәz tükün,
Getsәm, vecinә deyil.
Lap qızıldan don geyim
Varlığım, ya yoxluğum
Yanında heç nә deyil.
Tutdura bilmәyәnlәr
Qәmә tutdurdu mәni.
Mәni sәnin gözündәn
Kimlәr saldırdı, vәtәn
Kim untdurdu mәni?!.
Bəs niyə dara düşdüm
Dünyanın gen yerində.
Ruhumun başdan-başa
Vətən deyən yerində…
Üstünü külü basmış
Dünya, sәngiyәn ocaq;
Zәngәzuru tutduran
Tәbrizi untduran
Bir gün Qarabağı da
Sәnә unutduracaq…
Niyә övladlarının
Papağı günә yandı.
Ad sәnin, dad özgәnin
Adındakı odundan
Yanan özünә yandı…
İşin qatmaqarışıq
gah yatan, gah tәlәsәn..
Niyә belәsәn, vәtәn;
Övladların niyә belә,
Özün niyә belәsәn?
Azadliq.info
Oxunub: 568