Ötən il prezident Islam Kərimovun vəfatına qədər Özbəkistan dünyanın ən çox repressiyaya məruz qalan ölkələrindən biri olub.
İşsizlik, korrupsiya və geniş yayılmış polis qəddarlığı uzun müddət gündəlik həyatın tərkib hissəsi olaraq əhalidə narazılığı qaynadan amilə çevrilib.
Kasıblaşan milyonlarla özbək özləri və ailələrinin gələcəyini təmin etmək son 20 il ərzində Rusiyaya üz tutub.
Hökümət onların mövcudluğunu rəsmən heç zaman tanımayıb.
Prezident Karimov onları qədirbilməz və tənbəl adlandıraraq, onların yerinə utandığını bildirib.
Özbək höküməti İslam dinində həmişə təhlükə mənbəyi görərək onu sərt nəzarət altında saxlamağa çalışıb.
Dövlət televiziyasında “Allah” sözü qadağan olunub.
Fəaliyyətinə rəsmi icazə verilmiş məscidlərin xaricində namaz qılan hər kəs həbs olunmaq riski ilə üzləşib.
Təhlilçiləri çoxunun fikrincə, dünya boyu yüzlərlə özbəyin cihadçı qruplara qoşulduğuna baxmayaraq, onlardan yalnız çox az hissəsinin İslam dini sahəsində minimal savada malik olduğunu demək olar. Odur ki, onlar xaricdə asanlıqla radikal təbliğatçıların toruna düşür. https://www.youtube.com/watch?v=pfQRd9poN7E
Ev-eşiklərindən uzaq düşən, çox vaxt koməksiz qalan və qərib ölkədə yeni həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkən miqrantlardan bəziləri ilk dəfə olaraq cihadçı ideologiyası ilə üz-üzə gəlir.
Məhz bu yolla İŞİD və ya Əl Qaidə ideyaları bir çox gənc özbəyin ürəklərinə və beyinlərinə yol tapmış olur.
Cihadçı qrupların təsiri altına düşənlər üçün isə onların harada olması fərq etməz: olsun Moskva, New York və ya İstanbul… (BBC)
Oxunub: 1416