Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin bugünkü iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizlə bağlı irəli sürdüyü fikirlər dilçilik elminin qarşısında mühüm vəzifələr qoyur.
İ.Həbibbəyli mövzu ətrafında müzakirələrin aparılması, lüğətin nəşri məqsədilə Akademiyanın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılmasını təklif edib.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyəti elmi qurumları ilə birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə təqdim etmək, eləcə də 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.
Oxunub: 734