İraq parlametninin deputatı Vian Dahil ölkəsinin hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladığını bildirib.
Deputatın sözlərinə görə, qadınlar həbsxanalara yerləşdirilib.
İraqın Müdafiə Nazirliyindəki mənbə isə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı RİA Novosti agentliyinə təkzib edib.
“Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, mənbə qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraqda Azərbaycan vətəndaşı olan qadınların saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında deyib ki, Xarici İşlər Nazirliyinin bu kimi halların olması barədə məlumatı var.
“Faktların araşdırlması və dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır. Ölkəmizin İraqdakı səfirliyi bu ölkənin müvafiq dövlət orqanları ilə məsələ ilə bağlı daimi əsasda təmasdadır”, o qeyd edib.
Bu il oktyabrın 12-də İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaq Azərbaycana gətirilib.
Oxunub: 178