“Estée Lauder” korporasiyasının təsis etdiyi “Süd vəzisi xərçəngi kampaniyası” artıq 25 ildir fəaliyyət göstərir. Azərbaycan kampaniyaya 2017-ci ildən etibarən qoşulub. “Süd vəzisi xərçəngi kampaniyası” qadınlar arasında maarifləndirmə işləri apararaq xəstəliklə mübarizədə onlara bir növ yardımçı olmağa çalışır.
Dünyada hər 4 qadından 1-də süd vəzisi xərçənginə rast gəlinir. Xəstəliyin bu növü qadınlar arasında yayılan xərçəngin ikinci əsas növü hesab olunur. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, 2011-ci ildə 508 min qadın məhz süd vəzisi xərçəngindən vəfat edib. 2012-ci ildə isə süd vəzisi xərçəngi qadınlar arasında yayılan xərçəngin 12 %-ni təşkil edib. 2017-ci ildə xəstəliyin bu növü dəri xərçənginə yoluxma ilə müqayisədə 30% çoxdur.
Hazırda xəstəliyin bu növündən 3,1 milyon insan əziyyət çəkir. Xəstəlik 40 yaşa qədər xanımlar arasında 5% təşkil edir. 55 yaşdan yuxarı xanımlar isə yüksək risk qrupuna daxil edilir. ABŞ-da hər 2 dəqiqədən bir 1 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulur. Hər 8 qadından 1-i isə süd vəzisi xərçənginə yoluxur. Süd vəzisi xərçəngi xüsusilə inkişaf etmiş ölkələrdə yaşayan qadınlar arasında geniş yayılıb. Belə ki, Şimali Amerikada bu göstərici 80%, inkişaf etməkdə olan ölkələrdə isə 40 % təşkil edir.
Süd vəzisi xərçənginə yoluxma faktorları kimi genetik və xarici amillər göstərilir(“Trend”).
Oxunub: 460