Dövlət başçısı İlham Əliyev noyabrın 10-da Gəncəyə səfərə gedib. Bu səfərlə əlaqədar sadə vətəndaşların nəinki prezidentin olduğu əraziyə, ümumiyyətlə, başqa yerlərdən Gəncəyə giriş-çıxış məhdudlaşdırılıb. Hazırda Gəncə postunda onlarla maşın dayanıb. Onların şəhərə daxil olmasına icazə verilmir.
Bu da sürücülər arasında narazılığa səbəb olub. Sürücülər etiraz edərək bildiriblər ki, əksəriyyəti vacib işlə əlaqədar o istiqamətdə hərəkət etməlidir.
Qeyd edək ki, vəkil İradə Cavadova da “facebook” səhifəsində Gəncəyə maşınların buraxılmadığını yazıb: “Hər nə olubsa, Gəncəyə maşın buraxmırlar. Camaat qalıb postda…”
Azadliq.info
Oxunub: 726