Zimbabvenin hakim ZANU partiyasının Mərkəzi Komitəsi fəaliyyətdə olan prezident Muqabenin partiyanın rəhbəri vəzifəsindən azad edilməsi və partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib. ZANU partiyasının təmsilçiləri onun yaşı ilə bağlı vəziyyətə nəzarəti itirdiyini əsas gətiriblər. Maraqlıdır ki, bu vaxta qədər partiyanın Muqabeni dəstəkləyən gənclər qolu da ondan imtina etdiyini bildirib. Muqabe ilə yanaşı onun arvadı Qreys də partiyadan xaric edilib. Partiyanın funksionerlərindən biri-Muqabenin istefası kampaniyasına rəhbərlik edən Kris Mutsvanqvi onların hər ikisinin ölkəni tərk etməli olduğunu bildirib.
Bu arada Böyük Britaniyanın Daily Mail qəzeti Muqabe ilə bağlı sensasion xəbər yayıb. Xəbərdə bildirilir ki, Zimbabve prezidenti noyabrın 18-dən ona qarşı edilənlərə etiraz əlaməti olaraq “Həqiqət uğrunda ölmək” şüarı ilə aclıq aksiyasına başlayıb.Məlumatı qəzetin əməkdaşına onun ailə üzvlərindən biri verib. Muqabenin aclıq aksiyası keçirməsi xəbərini hakim partiyanın üzvlərindən biri təsdiqləyib. Zimbabvenin prezidentinin son hərəkətlərini həmin şəxs belə dəyərləndirib”Qoca bu günlərdə aclıq, hədə, danışmaqdan imtina kimi neçə-neçə fırıldağa əl atıb”.
Oxunub: 378