Milliyyətçi Partiya Malta hökumətini, Almaniya Federal Cinayət Polisi (BKA) tərəfindən göndərilən Panama kağızları məlumatlarının idarə olunması üçün müstəqil bir araşdırma təyin etməyə çağırıb.
Mossack Fonseca serverlərindən sızan məlumatları ilkin olaraq alan Sueddeutsche Zeitung qəzeti Malta ilə bağlı məlumatların BKA tərəfindən qәbul edildiyini bildirib..
Malta Today mәlumat verir ki, məlumatlar Baş Prokurorluğa tәqdim olunmayıb. Hәlәlik mәlumatlar Panama iddialarını araşdıran istintaq hakimlәrinә tәqdim olunub.
PN deyib ki, məlumatlar artıq müstəqil araşdırma yolu ilə mühafizə olunmalı və araşdırılmalıdır.
“Daha əvvəl dəfələrlə bəyan etdiyimiz kimi, PN Polis Komissarlığına heç bir halda güvənmir və bu sәbәblә araşdırmanın istintaqın nәzarәti altında olan şәxslәrlә razılaşan liderlәr tәrәfindәn istiqamәtlәndirildiyinә dair israr edir.
“Hökumət bu tələbi dərhal qəbul etmәsə, yәqin ki, ciddi bir araşdırma edilmәsini istəməz, ona görə ki, baş nazir aparatının başçısı Keith Schembri və Konrad Mizzi ilə bağlı qalmaqallı bir həqiqət ortaya çıxacaq.”
Həm Schembri, həm də Mizzinin 2013-cü il seçkilərindən sonra Mossack Fonseca ofisləri vasitəsilə Panamada iki ofşor şirkət açdıqları aşkar edildi vә Nexia BT auditorları araşdırma başlatdı. Bu iki şәxs isә yenә dә hökumətdәki vəzifələrində qaldılar.
BKA alman vətəndaşlarının vergidәn yayındıqlarını öyrәnmәk üçün bu sәnәdlәrin alınmasına 5 milyon avro xərcləyib.
Məlumatlar başlanğıcda 2016-cı ildə Almaniyanın Sueddeutsche Zeitung qəzetinə sızdırılmışdı və mәlumatlara 21 ofşor şirkәtin şirkәt mәlumatları, bank hesabları və şirkətlərin mülkiyyətinə aid elektron poçtları, maliyyə tabloları, pasportlar və korporativ qeydlər daxildir. Mәlumatlar 2015-ci ilin sonuna qədər təxminən 40 illik dövrü əhatə edir.
Qeyd edәk ki, Panama kağızlarının Maltaya aid hissəsində Əliyevlərlə baş nazir Muskatın ailəsi arasında olan pul məsələləri mühüm yer tuturdu.
azadliq.info
Oxunub: 536