Nəsimi rayon məhkəməsinin qərarı ilə bloger Namiq Sadıqlıya 30 sutka inzibati həbs və 200 manat cərimə cəzası verilib.
N.Sadıqlı polisə müqavimət göstərməkdə ittiham olunub. Onu noyabrın 30-da 5 polis əməkdaşı evinə gələrək, zorakılıqla bölməyə aparıb, sonra isə polisə müqavimət ittihamı ilə aktlaşdırıb, işi məhkəməyə göndəriblər.
***
AXCP fəalı, tanınmış videobloger Namiq Sadıqlı saxlanılıb. Hazırda Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsindədir.
Özünün verdiyi məlumata 5 nəfər mülki geyimli polis əməkdaşı evinə gələrək ona zor tətbiq ediblər. Polislərin zorakılığı evdəkilırin, xüsusən də uşaqların möhkəm qorxmasına səbəb olub.
Namiq Sadıqlı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilir.
Oxunub: 1242