Dekabr ayının 9-da Avropada yaşayan mühacirlər Azərbaycan Naminə Demokratiya Təşkilatının (AND) növbəti toplantısını keçiriblər. Fəal mühacirlər bu dəfəki toplantıda Azərbaycanın bu günkü problemlərindən çıxış yolları, gələn ilki prezident seçkilərinin perespektivi, Avropa-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsinin necə olacağı, Amerikanın Azərbaycan hakimiyyətinə qarşı tətbiq etməsi gözlənilən sanksiyaları və.s bu kimi vacib mövzular ətarfında müzakirələr aparıblar. Onu da qeyd edək ki, tədbirdə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli və Müsavat başqanının müavini, Milli Şuranın kordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu da fəxri qonaq qismində iştirak ediblər. Sonda isə “Turan” TV-nin əməkdaşı Türkel Azərtürk qonaqlardan bu gün üçün aktual olan məsələlərlə bağlı maraqlı müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik.
Oxunub: 2074