Rusiyada bu ilin noyabr ayında sənaye istehsalı oktyabr göstəricisindən pis olub. Məlumatı Rusiya Statistika İdarəsi verib.
Məlumatda bildirilib ki, noyabr ayında Rusiyada sənaye istehsalı 3,6% azalıb. Analitiklərin proqnozları nə qədər bədbin olsa da, 0,2-0,5% artım gözlənilirdi. Nəticədə, Rusiya iqtisadiyyatı 2009-cu ilin oktyabr ayından bu günədək ən pis göstərici ilə üzləşib.
Qeyd edək ki, oktyabrda emal sənayesində artım 0,1% olduğu halda, noyabrda bu göstərici -4,7% olub. Oktyabrda 0,1% artım qeydə alınan faydalı qazıntı hasilatı sahəsində isə noyabrda 1% azalma qeydə alınıb.
Oxunub: 258