Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.6%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5.1%-ni ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 4.3%-ni isə digər daxilolmalar təşkil edir.
2017-ci ilin 9 ayında ölkəyə göndərilən pul baratlarının həcmi 1.7 dəfə artaraq 725.5 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1.5 dəfə azalaraq 248.3 mln.dollar olmuşdur.
Bu barədə Mərkəzi Bank xəbər verir.
Məkəzi Bank bildirir ki, valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalmışdır. Nəticədə pul baratları üzrə 477.2 mln.dollar müsbət saldo yaranıb.
Oxunub: 266