Azərbaycanlı fəhlə İnquşetiyada elektrik ötürücü xətti yaxınlığında elektrik cərəyanı vurması nəticəsində ölüb. “Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə dekabrın 18-də Nazranda “Fabrika” bazarında baş verib.
Ticarət mərkəzində tikinti işlərinin aparılması zamanı yüksəkgərginlikli dirəyin yanında Azərbaycandan gələn muzdlu fəhlə təsadüfən elektrik xəttə toxunaraq ağır xəsarət alıb.
Şahidlər zərərçəkəni xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyib.
Oxunub: 246